İŞİD Fransada keşişin başını kəsdiyini etiraf edib

© REUTERS / Bertrand GuayFrench President Francois Hollande (R) and French Interior Minister Bernard Cazeneuve (L) take part in a minute of silence at the Hotel de Beauvau in Paris, France, July 18, 2016 on the third day of national mourning to pay tribute to victims of the truck attack along the Promenade des Anglais on Bastille Day that killed scores and injured as many in Nice.
French President Francois Hollande (R) and French Interior Minister Bernard Cazeneuve (L) take part in a minute of silence at the Hotel de Beauvau in Paris, France, July 18, 2016 on the third day of national mourning to pay tribute to victims of the truck attack along the Promenade des Anglais on Bastille Day that killed scores and injured as many in Nice. - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 26 iyul-Sputnik. Fransa prezidenti Fransua Olland bu gün Roma papası Fransiskə zəng edərək Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində katolok keşişin öldürülməsinə görə başsağlığı verib.

Sputnik-in məlumatın görə, bu barədə Yelisey sarayı məlumat yayıb.
"Respublika prezidenti papa Fransiskə zəng edərək ona fransız xalqının müqəddəs ata Jak Amelyanın iki terrorçu tərəfindən alçaqcasına öldürülməsindən duyduğu kədəri ifadə edib." — deyə prezident administrasiyasının yaydığı kommunikedə bildirilir.

Olland bəyan edib ki, Fransa hökuməti kilsələrin və digər müqəddəs yerlərin müdafiəsi üçün mümkün olan hər şeyi edir.

Bu səhər saat 9.45-də iki bıçaqla silahlanmış naməlum şəxs Fransanın şimal-qərbində yerləşən Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində, prezident Fransua Ollandın doğulduğu yerdə kilsəyə hücum ediblər.
Hücum edən şəxslər kilsə xadimlərini girov götürsələr də, onların özlərini məhv etmək mümkün olub.

Binadan 86 yaşlı keşiş Jak Amelyanın boğazı kəsilmiş cəsədi aşkarlanıb. Digər yaralanmış şəxs isə ağır vəziyyətdədir.
Hadisə yerinə gələn Olland bunu terror aktı kimi dəyərləndirib. O, hücum edən şəxslərin İŞİD qruplaşmasının üzvləri olduğunu bildirib.

İŞİD bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Xəbər lenti
0