Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Azərbaycanda din dərsləri tədris olunsa, fanatların sayı çoxalacaq"

© Sputnik / Murad OrujovElşad Vəliyev
Elşad Vəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Elşad Vəliyev: "Dinlərin vaxtı çoxdan keçib. Biz müasir dünyanı əsrlərlə əvvəl mövcud olmuş düşüncənin məhsulu olan dinlərlə idarə etməyə çalışmamalıyıq"

BAKI, 26 iyul — Sputnik. "Bizim ölkədə hələ də başa düşmürlər ki, insanları din seçimində məcbur etmək olmaz. Ailələrdə uşaqlara deyilir ki, "sən müsəlman doğulmusan və müsəlman da olmalısan. Başqa dinə keçmək bağışlanmazdır." Halbuki din mənəvi və ictimai davranış modelidir, onu seçmək insanın öz işidir".

Sekulyar dövlətçilik və dini radikalizm debatları - Sputnik Azərbaycan
"Azərbaycanda dini radikalizm təhlükəsi var"

Bu fikirləri pedaqoq Elşad Vəliyev Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən "Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir" mövzusunda debatda çıxışı zamanı səsləndirib. Pedaqoq qeyd edib ki, İslamı günümüzdə olduğu kimi saxlamaq yanlışdır: "Düşünürəm ki, dinlərin vaxtı çoxdan keçib. Biz müasir dünyanı əsrlərlə əvvəl mövcud olmuş düşüncənin məhsulu olan dinlərlə idarə etməyə çalışmamalıyıq. "Quran"ı araşdıranda görürük ki, o, indiki dünya ilə uyğun gəlmir".

""Quran"da yazılanlara diqqət etsək, görərik ki, əslində İŞİD elə əsl İslama istinad edir və "Quran"ın buyurduqlarını yerinə yetirir. "Quran" insan yaradıcılığına qarşıdır. Bütlərin uçurulmasını tələb edir, musiqiyə, rəssamlığa qarşı çıxır, onların dinindən olmayanları, yaxud da onların dininə qarşı çıxanları öldürməyə çağırır. Talibanın Əfqanıstanda Buddanın heykəlini partlatmasını, yaxud İŞİD-in Palmiradakı qədim məbədləri, antik teatrı dağıtmasını və s. "Quran"ın tapşırığının yerinə yetirilməsi kimi qiymətləndirmək olar", — deyə E.Vəliyev əlavə edib.

O, İslamın təbliğatındakı təhriflərə də diqqət çəkib: "Bu gün biz deyəndə ki, İslamda zorakılıq, dini zorla qəbul etdirmək yoxdur, bizə o saat deyirlər ki, bəs necə olmuşdu ki, ərəblər İspaniyaya qədər gedib çıxmışdılar? Yaxud da biz öz tariximizdə ərəblərə qarşı azadlıq mübarizəsini, Xürrəmilər hərəkatını necə inkar edə bilərik? Axı ərəb işğallarına qədər Azərbaycanda əhali xristian idi".

Pedaqoq, teoloqların, yaxud dindarların "Quran"ın dilimizə düzgün tərcümə edilmədiyi və ona görə də düzgün anlaşılmadığı barədə fikirlərinə qatılmır: "Tutaq ki, bizim dilə düzgün tərcümə edilməyib. Bəs başqa dillərə necə? Yaxud da, deyək ki, biz ərəb dilini bilmirik. Axı İŞİD-in ki, ünsiyyət dili ərəb dilidir. O terror təşkilatının yaradıcıları və liderləri ki, ərəblərdir. Necə olub ki, onlar "Quran"ı öz dillərində oxuyub belə "səhv" nəticələrə gəlib çıxıblar?!".

Onun fikrincə, Azərbaycanda din dərsləri tədris olunsa, fanatların sayı çoxalacaq: "Sadəcə yaxşı olar ki, orta məktəblərdə uşaqlara fəlsəfə dərsləri keçilsin və dinlər də fəlsəfənin bir qolu kimi öyrədilsin".

Xəbər lenti
0