BAKI, 26 iyul — Sputnik. "Bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz" zavodunda baş verən hadisə zamanı Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında xəsarət alanlar olmayıb". Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz" zavodunda partlayış baş verib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 24 nəfər yüngül xəsarət alıb.