BAKI, 26 iyul — Sputnik. Şirvan "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar, zavoda gedən bütün avtomobil yollarında polis postları qurulub, ərazinin yaxınlığına kimsə buraxılmır. Bu barədə Sputnik-in bölgə müxbiri xəbər verir.
Silah zavodunun yerləşdiyi ərazi mərkəzdən kənardadır. Partlayışın olduğu ərazidə tüstülənmə hələ də davam edir. Ara-sıra kiçik partlayış səsləri eşidilir.
Zavodun yerləşdiyi ərazi yüksəklikdə olduğu üçün uzaq məsafədən də tüstülənməni müşahidə etmək mümkündür. Şirvanın mərkəzi küçələrində sıxlıq yaşanır. Şəhər əhalisi nisbətən narahatlıq keçirir.