BAKI, 26 iyul — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) xalq şairi Səməd Vurğunun 110 illik yubileyi qeyd olunacaq. Sputnik Report-a istinadən xəbər verir ki, bu ilin payızında AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.
Tədbirdə şairin həyat və yaradıcılığına nəzər salınacaq, "Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində", "Tənqidin Səməd Vurğun hədəfi", "Səməd Vurğun dramaturgiyasında müəllif problemi", "Səməd Vurğun və teatr", "Səməd Vurğunun dili" mövzularında məruzələr dinləniləcək.