CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyə naziri Şirvan Mərkəzi Rayon Xəstəxanasındadır

© Photo : APASəhiyyə naziri Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyə kimi Şirvan Mərkəzi Rayon Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs daxil olub. Xəsarət alanlara yüksək səviyyədə zəruri tibbi yardım təqdim edilir.

BAKI, 26 iyul — Sputnik. Şirvan rayonunda baş vermiş hadisədə ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Mərkəzi Rayon Xəstəxanasına gedib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, indiyə kimi Şirvan Mərkəzi Rayon Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs daxil olub. Xəsarət alanlara yüksək səviyyədə zəruri tibbi yardım təqdim edilir.

Qeyd edək ki, bu gün saat 15:35 radələrində, Müdafiə Sənayesi Nazirliyinə məxsus Şirvan "Araz" zavodunda partlayış baş verib. Partlayış nəticəsində 21 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Sputnik-ə verdiyi məlumata görə, xəsarət alanlar ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağırdır.

Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir.

Xəbər lenti
0