CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir partlayış ərazisinə yollandı

© Photo : azeridefence.comYavər Camalov
Yavər Camalov - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Sənayesi Nazirliyi: "Yanğın söndürüləndən sonra ərazidə daha geniş araşdırma aparılacaq və partlayışın dəqiq səbəbi aydınlaşdırılacaq"

BAKI, 26 iyul — Sputnik. Müdafiə Sənayesi Nazirliyinin (MSN) rəhbərliyi, o cümlədən nazir Yavər Camalov, Şirvan "Araz" zavodunda baş vermiş hadisə ilə əlaqədar hadisə yerinə yollanıb.Bu barədə ölkə.az-a MSN-in ümumi şöbəsinin rəisi Bəxtiyar Əsədov məlumat verib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
Partlayışla bağlı daha bir rəsmi açıqlama yayıldı

Nazirlik rəsmisi bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır:  "Yanğın söndürüləndən sonra ərazidə daha geniş araşdırma aparılacaq və partlayışın dəqiq səbəbi aydınlaşdırılacaq".

Qeyd edək ki, bu gün saat 15:35 radələrində, Müdafiə Sənayesi Nazirliyinə məxsus Şirvan "Araz" zavodunda partlayış baş verib. Partlayış nəticəsində 12 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Sputnik-ə verdiyi məlumata görə, xəsarət alanlar ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağırdır.

Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir.

Xəbər lenti
0