Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hərbi zavoddakı partlayışla bağlı rəsmi açıqlama verildi

© Photo : REPORT IAHərbi zavodda partlayış
Hərbi zavodda partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Vasif Əliyev: "Partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb"

BAKI, 26 iyul — Sputnik. Şirvan şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib. İcra başçısının köməkçisi Vasif Əliyev AzVision.az-a bildirib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.

İcra hakimiyyətinin rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub: "Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb".

Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Xəbər lenti
0