İstanbulun keçmiş valisi həbs olundu

© Photo : onedio.comİstanbulun sabiq valisi Hüseyn Avni Mutlu
İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu - Sputnik Azərbaycan
Abunə olmaq
Hüseyn Avni Mutlu dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində nəzarət altına alınıb

BAKI, 26 iyul — Sputnik. İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu polis nəzarətinə götürülüb. Sputnik Sabah-a istinadən xəbər verir ki, o, Fətullah Gülən təşkilatının uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində nəzarət altına alınıb. Hazırda polis Mutlunun evində axtarış aparır.

Xatırladaq ki, Hüseyin Avni Mutlu 2010-2014-cü illəri arasında İstanbul şəhərinin valisi vəzifəsində çalışıb və 15 iyul dövlət çevrilişi cəhdindən sonra Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan 246 mülki işçidən biridir.

Xəbər lenti
0