Çevrilişdə ittiham olunan generallar Dubayda ələ keçdilər

© Photo : TRT HaberGenerallar Cahit Bəkir və Şener Topuç
Generallar Cahit Bəkir və Şener Topuç - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur

BAKI, 26 iyul — Sputnik. Fətullah Gülən şəbəkəsi ilə əlaqədə şübhəli bilinən iki türk general Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində həbs olunub. Sputnik trthaber-ə istinadən xəbər verir ki, tutulan şəxslər Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.

Xəbərə görə, generallar Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər. Onlar artıq Türkiyəyə gətirilib.

Xəbər lenti
0