BAKI, 26 iyul — Sputnik. Formula 1-in kommersiya direktoru Berni Ekklstounun qaynanası oğurlanıb. Sputnik F-1.az-a istinadən xəbər verir ki, qadın San Pauluda qaçırılıb və onun qaytarılması üçün tələb edilən məbləğ 120 milyon Braziliya realıdır (36,5 milyon ABŞ dolları). Tələb olunan məbləğ Braziliya tarixindəki ən böyük məbləğdir.
Qeyd edək ki, qaçırılan Aperiside Şunk Formula 1-in kommersiya direktoru Berni Ekklstounun 3-cü arvadı Fabiana Flozinin anasıdır. Cütlük 2009-cu ildə Braziliya Qran Prisində tanış olmuş, 2012-ci ildə evlənmişdi.
Xatırladaq ki, belə bir hal Berninin başına ilk dəfə gəlmir. 2012-ci ildə Martin Pekham Ekklstouna 200 min funt sterlinq verməsə, qızı Tamaranı qaçıracağını bildirmişdi. O, bu hədəyə görə 5 il azadlıqdan məhrum edilmişdi.