BAKI, 25 iyul — Sputnik. "Münhen və Ansbaxda baş verən hadisələrdən sonra Almaniyada terror aktları təhlükəsi yüksək olaraq qalır".
Sputnik-in məlumatına görə, bunu Almaniya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tobias Plate deyib.
"Almaniyada uzun müddətdir terror təhlükəsi yüksək olub və elə indi də yüksəkdir", — deyə T.Plate bildirib.
Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bütün miqrantları terrorçuluqda şübhəli bilməyin səhv olduğunu bəyan edib.
"Hazırda Almaniyada qaçqınların terror quruplaşmaları ilə əlaqələri üzrə 59 cinayət iş açılıb", — deyə, o bildirib.
Tomas de Mezyer Almaniya sərhədlərini yaxşı qorumağın, qaçqınların qanuni və təhlükəsiz yollarla müəyyən həddə ölkəyə gəlişinə maneə törətməməyin zəruriliyini qeyd edib.