ELM

Yuxusuzluq beynin fəaliyyətini pozur

CC0 / C_Scott / sleepYuxusuzluq
Yuxusuzluq - Sputnik Azərbaycan
Abunə olmaq
Yuxusuzluq xroniki yorğunluq hissi, əhval pozğunluğu, koqnitiv qabiliyyətlərin müvəqqəti zəifləməsi, bəzi hallarda isə depressiya və digər təhlükəli pozuntularla nəticələnə bilər.

BAKI, 25 iyul — Sputnik. Bir qrup çinli tədqiqatçı müəyyən edib ki, insan bir aydan çox yuxusuzluqdan əziyyət çəkirsə, bu, onun baş beynindəki ağ maddənin strukturuna pis təsir göstərir. Mütəxəssislərin fikrincə, yuxusuzluq beynin müxtəlif şöbələrinin qarşılıqlı əlaqəsinə də mənfi təsir edir.

AZƏRTAC xəbər verir ki, yuxusuzluq xroniki yorğunluq hissi, əhval pozğunluğu, koqnitiv qabiliyyətlərin müvəqqəti zəifləməsi, bəzi hallarda isə depressiya və digər təhlükəli pozuntularla nəticələnə bilər. Bununla belə, ekspertlər iddia edirlər ki, yuxusuzluğun və onun belə fəsadlar doğurmasının səbəbləri barədə hələ də yetərli məlumat yoxdur.

Bu boşluğu doldurmaq üçün tədqiqatçılar ilkin yuxusuzluq deyilən problemdən (orta dərəcəli yuxusuzluqdan fərqli olaraq, ilkin yuxusuzluq hər hansı bir xəstəliyin deyil, fərdin psixofizioloji xüsusiyyətlərinin nəticəsidir) əziyyət çəkən 23 nəfəri maqnit-rezonans tomoqrafiyası ilə müayinə ediblər. Bundan əlavə, alimlər yuxusuzluqdan əziyyət çəkməyən 30 adamın beynini skanerdən keçiriblər.

Tədqiqat göstərib ki, yuxusuzluqdan əziyyət çəkən adamların beynindəki ağ maddənin strukturu pozulub. Bu, ilk növbədə sağ yarımkürədə, xüsusilə funksiyaları şüur, yuxu və diqqət ilə bağlı olan talamus və döyənək cisim şöbələrində müşahidə edilib. Alimlər yuxusuzluğun beyində sinir liflərinin müdafiə qatının — miyelinin miqdarının azalması ilə bağlı olduğunu da aşkar ediblər. Ola bilsin, ağ maddənin dağılmasına da məhz bu müdafiənin zəifləməsi səbəb olur.

Xəbər lenti
0