BAKI, 25 iyul — Sputnik. Bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə yolun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfərin hadisə yerində öldüyü, bir nəfər isə ağır xəsarət aldığı bildirlib. Ölən şəxsin kimliyi hələlik məlum deyil.
Qax rayonunun Zəyəm kənd sakni, 1972-ci il təvəllüdlü İlkin Oruc oğlu Gülməmmədov isə hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində təhqiqat başlanılıb.