BAKI, 25 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının xüsusi iclası keçirilib.
Sputnik-in KİVDF-nin saytına istinadən verdiyi məlumata görə, iclasda prezidentin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması müzakirə olunub. Uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.
Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:
1. "Azərbaycan” qəzeti 40.000 AZN
2. "Bakinski raboçi” qəzeti 40.000 AZN
3. "Bakı Xəbər” qəzeti 40.000 AZN
4. "525-ci qəzet” 40.000 AZN
5. "Ekspress” qəzeti 40.000 AZN
6. "Ədalət” qəzeti 40.000 AZN
7. "Xalq qəzeti” 40.000 AZN
8. "İki sahil” qəzeti 40.000 AZN
9. "Kaspi” qəzeti 40.000 AZN
10. "Kaspiy” qəzeti 40.000 AZN
11. "Mövqe” qəzeti 40.000 AZN
12. "Olaylar” qəzeti 40.000 AZN
13. "Palitra” qəzeti 40.000 AZN
14. "Respublika” qəzeti 40.000 AZN
15. "Səs” qəzeti 40.000 AZN
16. "Şərq” qəzeti 40.000 AZN
17. "Şərq qapısı” qəzeti 40.000 AZN
18. "Yeni Azərbaycan” qəzeti 40.000 AZN
19. "Yeni Müsavat” qəzeti 40.000 AZN
20. "Azad Azərbaycan” qəzeti 30.000 AZN
21. "Bizim yol” qəzeti 30.000 AZN
22. "Exo” qəzeti 30.000 AZN
23. "Həftə içi” qəzeti 30.000 AZN
24. "Xalq Cəbhəsi” qəzeti 30.000 AZN
25. "Novoye vremya” qəzeti 30.000 AZN
26. "Paralel” qəzeti 30.000 AZN
27. "Üç nöqtə” qəzeti 30.000 AZN