BAKI, 25 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidar və müxalifət partiyalarının sədrləri ilə görüşüb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Beştəpədəki prezident iqamətgahında keçirilən görüşdə AKP sədri, baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak edib.
Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş isə iqamətgaha dəvət olunmayıb. Görüşdə əsas məqsəd CHP və MHP sədrlərinə dövlət çevrilişi cəhdi ilə bağlı mövqelərinə görə təşəkkür etmək və təkliflərini dinləməkdir.
© REUTERS / Kayhan Ozer/Presidential Palace/HandoutTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalını qarşılayır. Ankara, Prezident iqamətgahı. 25 iyul 2016-cı il
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalını qarşılayır. Ankara, Prezident iqamətgahı. 25 iyul 2016-cı il
© REUTERS / Kayhan Ozer/Presidential Palace/Handout
© REUTERS / Kayhan Ozer/Presidential Palace/HandoutCHP lideri Kamal Kılıçdaroğlu Beştəpədəki prezident iqamətgahında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşür
CHP lideri Kamal Kılıçdaroğlu Beştəpədəki prezident iqamətgahında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşür
© REUTERS / Kayhan Ozer/Presidential Palace/Handout