BAKI, 25 iyul — Sputnik. Türkiyənin Mardin vilayətində terror aktı törədilib. Sputnik Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Kızıltepe-Viranşehir avtomobil yolunda zirehli polis avtobilinin keçidi zamanı baş verib.
Xəbərə görə, PKK terrorçularının yola yerləşdirdikləri partlayıcı maddənin işə düşməsi nəticəsində 3 polis əməkdaşı şəhid olub. Terrorçuların məhv edilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb.