Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bankların ağır cinayəti ortaya çıxdı - Mərkəzi Bank da işin içindəymiş

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı - Sputnik Azərbaycan
Abunə olmaq
Əkrəm Həsənov: "Aşkarlanan saxtakarlıqla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etməlidir"

BAKI, 25 iyul — Sputnik. "Azərbaycanda bu il ərzində ən azı 7-8 bank bağlandı. Bir neçə gün əvvəl isə daha 4 bankın bağlanılması haqqında qərar qəbul edildi. Səbəb isə Mərkəzi Bankın və qanunvericiliyin maliyyə tələblərinə riayət etməmələri göstərilir".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Bunu, ölkənin maliyyə sektorundakı vəziyyəti Sputnik-ə şərh edən, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, banklar kapitalları kifayət qədər olmaması səbəbindən bağlanır: "Bu dəfə Maliyyə Bazarlarına Nəzarət Palatasının elan etdiyi qərarda bütün bunlarla yanaşı, eyni zamanda təhrif edilmiş hesabatların təqdim edilməsi də qeyd edilib. Bu isə artıq cinayətdir".

"Banklar cinayət məsuliyyətinə cəlb edilə bilər. Devalvasiya zamanı banklarda baş verənlər normaldır. Amma banklar öz vəziyyətlərini bilə-bilə sahibkarları, vətəndaşları "vəziyyətimiz yaxşıdır" deyib cəlb etmələri artıq cinayətdir", — Ə. Həsənov bildirib.

Onun sözlərinə görə, saxtakarlıqla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etməlidir: "Eyni zamanda, Mərkəzi Bankın bəzi yetkili şəxsləri də cinayət məsiliyyətinə cəlb oluna bilər. Çünki cari il mart ayının ortalarında bank nəzarəti funksiyası Mərkəzi Bankdan alınıb Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi".

"Bu ilin yanvar ayına kimi banklar hesabatlarını Mərkəzi Banka təqdim edib. Onların fəaliyyətini də Mərkəzi Bank yoxlayırdı. Maliyyə Bazarlarına Nəzarət Palatasının son bəyanatı da, dolayısı ilə Mərkəzi Banka ittihamdır. Açıqlamada illər ərzində Mərkəzi Bankın işinin düzgün aparmadığı təsdiq olunur", — ekspert qeyd edib.

Ə. Həsənov xatırladıb ki, martın 1-dən banklarda əmanətlərin tam sığortalanması qüvvəyə minib: "Əvvəl 30 minə kimi idi sığortalanma. Yanvarın sonu — fevralın əvvəlində Mərkəzi Bank bir necə bankı bağladı. O bankları marydan sonra bağlasaydılar, bütün əmanətləri qaytarmalı olacaqdılar. Bağlanmalı olan bankların xeyli hissəsi bağlanmadı. Mərkəzi Bank ilk növbədə xeyli bankı bağlamaqdan qorxdu".

"Artıq fevralın əvvəlində bank nəzarəti səlahiyyəti Palataya keçməyə başlamışdı. Mərkəzi Bank bu zaman Palataya qarşı oyun oynamağa başladı. Səbəbini artıq özləri bilir. Mərkəzi Bank bankları bağlamadı, qanun qüvvəyə mindikdən sonra həmin bankları yaxşı vəziyyətdə olduğunu bəyan etdi. İlk vaxtlar Palatanın rəhbəri də heç bir bankın bağlanmayacağını bildirdi. Lakin sonradan araşdırmalar apararaq bu bankların maliyyə hesabatının həqiqətə uyğun olmadığını gördü və onların bağlanması haqda qərar verildi", — mütəxəssis qeyd edib.

O, əlavə edib ki, bankların bağlanması prosesi davam edəcək.

Xəbər lenti
0