BAKI, 25 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iylun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə: İyulun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, həmçinin iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.