CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Konstitusiya Məhkəməsi Prezidentin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək

BAKI, 25 iyul — Sputnik. Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. "Report"un xəbərinə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinə baxılacaq.

İlham Əliyev - Sputnik Azərbaycan
Azərbaycanda konstitusiya dəyişiklikləri hansı zərurətdən meydana çıxdı?

Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək. Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0