SSRİ rəhbərliyinin növbəti kağız üzərində qalmış qərarı

© Photo : MinvalXocavənd rayonunda kənd
Xocavənd rayonunda kənd - Sputnik Azərbaycan
Abunə olmaq
İyirmi altı il əvvəl SSRİ-nin siyasi rəhbərliyi Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib.

BAKI, 25 iyul — Sputnik. 1990-cı il iyulun 25-də SSRİ-nin siyasi rəhbərliyi — Sov.İKP Mərkəzi Komitəsi Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib.

Moskvanın bu sərt addımı 1990-cı ilin mayında Ermənistanda keçirilmiş parlament seçkilərində millətçi və müstəqillik tərəfdarı Erməni Ümümmilli Hərəkatının qalib gəlməsi ilə bağlı idi.

Sov.İKP MK-nın qərarına müvafiq olaraq Dağlıq Qarabağda erməni silahlı dəstələrinin qismən tərksilah edilməsi ilə bağlı bir neçə əməliyyat (o cümlədən 1991-ci ilin aprel-may kampaniyası) keçirilmişdi.

Lakin bu qərar da əsas etibarilə kağız üzərində qaldı.

Xəbər lenti
0