BAKI, 24 iyul — Sputnik. Bağdadda terrorçu-kamikadze partlayış törədib.
RİA Novosti-nin verdiyi məlumata görə, İraq paytaxtının şimalında, əsasən şiələrin yaşadığı Əl-Kadimeyn rayonunda nəzarət-buraxılış məntəqəsinin qarşısında törədilən partlayış nəticəsində ən azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.
Ölənlərin 2-i polis əməkdaşı, 8-i mülki şəxsdir. Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.