BAKI, 23 iyul-Sputnik. Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan hərbçilərdən 1200 sıravi əsgər azadlığa buraxılıb.
Sputnik "Milliyet"ə istindla xəbər verir ki, bu barədə Ankara prokurorluğu məlumat yayıb.
Ankara şəhər prokuroru Harun Kodalak bildirib, sərbəst buraxılan əsgərlərin baş verənlərdən xəbəri olmayıb.
Kodalak həmçinin deyib ki, xalqa atəş açmayan, baş verənlərin təfərrüatlarını bilməyən əsgərlər tezliklə sərbəst buraxılacaq.