MN: Erməni hərbi qulluqçu Azərbaycan tərəfinin atəşi nəticəsində yaralanmayıb

© dmx.gov.azSərhəd
Sərhəd - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə nazirliyi guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yayılan məlumatı təkzib edib.

BAKI, 23 iyul — Sputnik. Ermənistan KİV-nin iyul ayının 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil. Bu barədə Azərbaycan Müdafiə nazirliyindən Sputnik-ə bildirilib.

"Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Mqer Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur", deyə nazirlikdən bildiriblər.

Xəbər lenti
0