BAKI, 23 iyul — Sputnik. "Rəvan Sığorta" ASC-nin rəsmi internet səhifəsi özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" tərəfindən hücuma məruz qalıb.
Sputnik xəbər verir ki, hakerlər şirkətin saytında "I love the Caliphate State Islamic country" şüarını və təhdid dolu mətn yerləşdirib.
Bundan başqa, saytda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib.
Məsələ ilə bağlı şirkətdən münasibət öyrənmək mümkün olmayıb.
© Photo : Skrinşot"Rəvan Sığorta" ASC-nin rəsmi internet səhifəsi
"Rəvan Sığorta" ASC-nin rəsmi internet səhifəsi
© Photo : Skrinşot
Qeyd edək ki, "Rəvan Sığorta" ASC "Nurgün" şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərir.