BAKI, 22 iyul — Sputnik. İstanbulda dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 1855 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib. Sputnik Türkiyənin "Cümhuriyyət" qəzetinə istinadən xəbər verir ki, 587 hərbçi azadlığa buraxılıb, onlardan 311 nəfəri polisin nəzarətinə verilib.
Prokuror 353 şübhəlinin sərbəst buraxılması ilə bağlı protest verib, bunlardan 234-ü rədd edilib, 49-nun işi isə araşdırılır. Xəbərə görə, hərbi çevriliş cəhdində təqsirləndirilən əlavə 179 hərbçinin məhkəmə prosesi keçiriləcək, daha 2 hərbçi isə xəstəxanada müalicə alır.