Tədbirdə Azərbaycan Mətbuat Şurasının nümayəndələrinin, aparıcı KİV-lərin redaktorlarının və jurnalistlərin iştirakı ilə Azərbaycan jurnalistikasının hazırkı problemləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları qeyd ediblər ki, internet jurnalistikasının inkişafı ilə informasiyaya görə məsuliyyət hissinin artması da vacibdir. Çünki bir sıra hadisələrin də göstərdiyi kimi səhv informasiya cəmiyyətdə ciddi fəsadlara səbəb ola bilir. Ona görə də media mənsubları sözün dəyərini bir daha dərk etməlidirlər, həmçinin internet mediasında tənzimləmə üçün müvafiq konsepsiya hazırlanmalıdır.