Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Karyakin: Bakıda turnirlər həmişə yüksək səviyyədə keçir

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiya yığmasının üzvü, Dünya Kubokunun qalibi Sergey Karyakin
Rusiya yığmasının üzvü, Dünya Kubokunun qalibi Sergey Karyakin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya yığmasının üzvü, şahmatçı Sergey Karyakin Bakı Şahmat Olimpiadasının ölkəsi üçün uğurlu keçəcəyinə inandığını bildirib.

BAKI, 22 iyul — Sputnik. Rusiya yığmasının üzvü, Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda çempionluq görüşünə vəsiqə qazanan Sergey Karyakin 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda fikirlərini bildirib.

Karyakin səbrsizliklə Bakı Şahmat Olimpiadasını gözlədiyini vurğulayıb: "Sentyabrda Bakıda Şahmat Olimpiadası keçiriləcək. Bu mötəbər yarışda iştirak etməyi planlaşdırıram. İnanıram ki, Rusiya yığması üçün Olimpiada uğurlu olacaq. Millimizin Olimpiadada qızıl medal uğrunda yarışmasını istərdim. Ümumiyyətlə Bakı şəhəri mənim üçün düşərlidir. Ötən il Bakıda keçirilən Dünya Kubokunda qələbə qazanmışam. Burada hər zaman turnirlər yüksək səviyyədə keçirilir".

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarışın oyunları “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Xəbər lenti
0