Azərbaycanda Millli Mətbuat Günü iyulun 22 —də, 141 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri — "Əkinçi"qəzetinin buraxıldığı gündə qeyd edilir.
19-cu əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub.
Ötən dövr ərzində Azərbaycan mətbuatı çətin və şərəfli bir yol keçib.
Hazırda, dövlətimizin müstəqil olduğu bir dönəmdə mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr dayanır.