BAKI, 21 iyul — Sputnik. Daşkəsəndə 10-11 yaşlarında olan uşaq atdan yıxılaraq ölüb.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Ata minən azyaşlı yıxılaraq ağır xəsarət alıb. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.