Mütəxəssislərin və vətəndaş cəmiyyətlərinin nümayəndələrinin qatıldığı dəyirmi masada regiondakı proseslərin fonunda hazırkı dünyəvi dövlətçilik modelinin möhkəmləndirilməsi, dini radikalizm təhlükəsi və radikal olmayan din modelləri ilə bağlı ictimai maarifləndirmə məsələləri müzakirə olunub.
Müzakirə iştirakçıları bu yekun rəyə gəliblər ki, hazırda Azərbaycanda sekulyar dövlətçiliyə təhlükə böyük olmasa da, dini radikalizm təhlükəsi var. Və nə qədər ki, dövlət və təhsil müəssisələri səviyyəsində dini maarifləndirmə həyata keçirilmir, xaricdən idxal olunmuş radikal dini cərəyanlara qoşulan insanların sayı getdikcə artacaq.