Nitsa terroru ilə bağlı məhkəmə başlayır

© REUTERS / Tarubi Wahid MostaNitsada terror
Nitsada terror - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçularla əlbir olmaqda şübhəli bilinən 4 kişi və 1 qadın hakim qarşısına çıxarılacaq. Aparılan araşdırmalar zamanı məlum olub ki, yaşları 22-40 arası olan kişilər və 42 yaşlı qadın terrorçu Məhəmməd Bulellə əlaqədə olublar.

BAKI, 21 iyul — Sputnik. Bu gün Nitsa şəhərində terror törədən şəxslə əlbir olanların məhkəməsi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Məlumata görə, terrorçularla əlbir olmaqda şübhəli bilinən 4 kişi və 1 qadın hakim qarşısına çıxarılacaq. Bildirilir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, yaşları 22-40 arası olan kişilər və 42 yaşlı qadın terrorçu Məhəmməd Bulellə əlaqədə olublar.

Xatırladaq ki, iyulun 14-də Tunis əsilli Məhəmməd Buhlel Fransanın Nitsa şəhərində atəşfəşanlığı izləyən vətəndaşları yük maşını ilə əzib. Aralarında uşaq olmaqla, 84 nəfər dünyasını dəyişib.

Xəbər lenti
0