Ermənistanda etirazçılarla polis arasında toqquşma başlayıb

© Sputnik / Асатур ЕсаянцБронетехника направляется к месту событий в Эребуни
Бронетехника направляется к месту событий в Эребуни - Sputnik Azərbaycan
Abunə olmaq
Etirazçıların üzərinə hərbi texnika yeridilib.

BAKI, 20 iyul-Sputnik. İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında toqquşmalar başlayıb.

Sputnik-in məlumatına görə, etirazçılar polisə daş və müxtəlif əşyalar atıb, polis havaya atəş açandan sonra işıq-səs qumbaralarından istifadə edib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Etirazçıların üzərinə hərbi texnika yeridilib. 

Xatırladaq ki, iyunun 17-də bir qrup silahlı şəxs Ermənistanın paytaxtı Yerevanın Erebuni rayonunda polis idarəsini zəbt edib.

Silahlı şəxslər Qarabağ müharibəsinin iştirakçısı, "Yeni Ermənistan" İctimai Xilas Fondunun lideri Jirayr Səfilyanın azad edilməsini tələb ediblər.

"Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb.

Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər.

Ermənistan parlamentinin deputatı Nikol Paşinyan deyib ki, silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.

Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.

Xəbər lenti
0