BAKI, 20 iyul-Sputnik. Türkiyədə 626 təhsil müəssisəsi bağlanacaq.
Sputnik-in məlumatına görə, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi qərar verib.
Qərarda bildirilir ki, bağlanacaq təhsil müəssisələrindən 524-ü özəl məktəblərdir.
İyulun 15-də baş verən hərbi çevrilişə cəhddən sonra Türkiyə Milli Təhsil Nazirliyi sistemindən 21 738 min insan qovulub.