Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda qəzet və sayt bağlandı

© Photo : PUBLIC DOMAIN"Zaman Azərbaycan" qəzetinin birinci səhifəsi. Arxiv
Zaman Azərbaycan qəzetinin birinci səhifəsi. Arxiv - Sputnik Azərbaycan
Abunə olmaq
"Zaman-Azərbaycan" qəzeti və zaman.az saytı fəaliyyətini dayandırıb

BAKI, 20 iyul — Sputnik. Azərbaycan fəaliyyət göstərən "Zaman-Azərbaycan" qəzeti fəaliyyətini dayandırıb. Sputnik xəbər verir ki, bununla əlaqədar təsisçilər bəyanat yayıblar.

Bəyanatda deyilir: "Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz — "Zaman-Azərbaycan" qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən "Zaman-Azərbaycan" qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik".

Qeyd edək ki, "Zaman-Azərbaycan" qəzeti 1991-ci il mayın 24-dən nəşr olunur.

Xəbər lenti
0