BAKI, 20 iyul — Sputnik. Türkiyədə Fətullah Gülənə yaxın şəbəkənin dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində 59 hakim və prokuror barəsində həbs qərarı verilib. Sputnik Sabah-a istinadən xəbər verir ki, Anadolu Baş Prokurorluğunun təlimatı ilə Anadolu Ədliyyə Sarayında çalışan 39 prokuror və 71 hakim saxlanılıb.
Şübhəlilərdən 59-u məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib, 7 nəfər isə sərbəst buraxılıb. Həbs edilənlər arasında Hakimlər və Prokurorlar Baş İdarəsinin (HSYK) keçmiş 1-ci dairə sədri və Anadolu 3-cü İş Məhkəməsinin hakimi İbrahim Okur da var.