Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı başlayıb

© Photo : AFP PHOTO / TURKISH PRESIDENTIAL PALACE PRESS OFFICE / KAYHAN OZERTürkiyə Təhlükəsizlik Şurasının toplantısı. Arxiv şəkli
Türkiyə Təhlükəsizlik Şurasının toplantısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 20 iyul-Sputnik. Ankarada, prezident sarayında Türkiyə Milli Təhlükəsizlik Şurasının gözlənilən fövqəladə toplantısı başlayıb.

Sputnik-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantıda 15 iyul-da baş verən hərbi çevriliş cəhdindən sonra ölkədə yaranmış vəziyyət və atılacaq addımlar müzakirə olunur.

Toplantıdan əvvəl həm prezident Ərdoğan, həm də baş nazir Binəli Yıldırım toplantıda çox vacib qərarlar qəbul olunacağını bildiriblər.

Xəbər lenti
0