BAKI, 20 iyul — Sputnik. Türkiyədə, Fətullah Gülən şəbəkəsi ilə bağlantısı olması iddiası ilə bütün alimlərin ölkədən çıxışına qadağa qoyulub. Sputnik bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.
"Universitet rektorları da daxil olmaqla, bütün elm adamlarının ölkədən çıxışına qadağa qoyulub", — deyə Türkiyə Ali Təhsil Qurumunun bəyanatında deyilir.
Qurum iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd üzrə aparılan istintaqla bağlı bu qərarı verib. Məlumata görə, hazırda ölkə xaricində olan elm adamları da geri çağırılır.