Təkəlduz dükanlarında peşəkar ustalar yalnız təkəlduz, evlərdə isə qadınlar güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə və s. kimi tikmə nümunələri yaradırdılar.
Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Səxavət Əkbərova da onlardan biridir. O, Şəkidə tanınan təkəlduz ustalarındandır.
Təkəlduz sənətinin çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Səxavət xanım deyir: "Elə işlər var ki, 3-4 ay üzərində çalışmalı olursan. Kiçik ölçülü əl işləri isə 20 günə, bir aya əmələ gəlir."
Səxavət xanım əl işləri xarici ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilib.