Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qazaxıstanda baş verənlər Qərbdən idarə olunur"

© Photo : Anatoly UstinenkoQazaxıstanda terror
Qazaxıstanda terror - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "İŞİD-in elə bir potensialı yoxdur ki, Qazaxıstanın bir neçə şəhərlərində eyni zamanda mütəşəkkil basqın həyata keçirsin. Demək ki, burada regional bir gücün barmağı var"

BAKI, 19 iyul — Sputnik. "Artıq uzun müddətdir ki, Qazaxıstanı çalxalamağa çalışırlar". Bu barədə Sputnik-ə politoloq Qabil Hüseynli açıqlama verib.

© SputnikQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Bir neçə şəhərdə eyni anda hərəkətə keçildiyini deyən politoloq iddia edir ki, bu hadisələrdə üçüncü bir dövlətin, regional bir gücün barmağı var: "Bundan əvvəl Aktobe şəhərində də çevrilişə cəhdlər edilmişdi. Daha sonra məlum olmuşdu ki, hadisəni təşkil edənlər İŞİD-ə biət edən radikal yönlü qruplardır. Onlar sayca az olduqları üçün cəhdləri baş tutmadı. Eynilə də indi. Düşünürəm ki, son olanların da arxasında İŞİD-çilər dayanır".

Q. Hüseynliyə görə, həmin silahlılar qonşu dövlətlərdən, Özbəkistan və Tacikistandan qovulan radikallardır: "Bundan öncə həmin radikallar Əfqanıstanda məskən salıblar, təəssüf ki, artıq Qazaxıstana da keçə biliblər. İşin maraqlı tərəfi, bir neçə şəhərdə eyni anda hərəkətə keçməyi bacarmalarıdır".

"İŞİD-in elə bir potensialı yoxdur ki, Qazaxıstanın bir neçə şəhərlərində mütəşəkkil şəkildə hərəkətə keçsin. Demək ki, burda digər bir dövlətin, regional bir gücün barmağı var", — siyasi şərhçi bildirib.

Millət vəkili Araz Əlizadə də mövzuya münasibət bildirib. O, baş verənləri həm çevrilişə cəhd, həm də sosial etiraz kimi izah edib: "Qazaxıstanda son günlər olanları çevrilişə cəhd kimi də analiz etmək olar. Başqa bir tərəfdən bunu xalqın etirazı kimi də dəyərləndirmək mümkündür. Ölkədə sosial vəziyyət çox gərgindir. Tenqe günü-gündən dəyərdən düşür. Neft əsas gəlir mənbəyi olduğu üçün, bu xammalın qiymətinin aşağı düşməsi cəmiyyətin sosial rifahına da təsir edir. Dünya bazarında çörəyin də qiyməti düşməkdədir, hansı ki, Qazaxıstan buğda ixracatçısı kimi də tanınır. Bütün bu kimi mənfi hallar əhalini narazı salır".

Millət vəkilinin sözlərinə görə, SSRİ məkanında hər hansı bir dövlət müstəqil siyasət yürüdürsə, bu, Qərbin xoşuna gəlmir: "Nursultan Nazarbayev Rusiya üçün ən sadiq müttəfiqlərdən hesab olunur. Nazarbayev Azərbaycan üçün də ən etibarlı tərəfdaşdır. Ona görə düşünürəm ki, Qazaxıstanda olub-bitənlər Qərbin işidir".

Alma-atada naməlum şəxslərin polis idarələrinə və Milli Təhlükəsizlik Komitəsinin yerli bölmələrinə hücumu nəticəsində 4 nəfər ölüb. Hazırda şəhərdə ən yüksək terror təhlükəsi rejimi olan "qırmızı hərəkat" davam edir.

© Photo : APAPolitoloq Araz Əlizadə
Politoloq Araz Əlizadə - Sputnik Azərbaycan
Politoloq Araz Əlizadə

Sputnik Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, güc strukturları hücumçulardan birini saxlayıblar, digəri isə axtarışdadır. Daha əvvəl yerli KİV şəhərin Almalı rayonu yaxınlığında yerləşən daxili işlər şöbəsində silahlı münaqişə barədə məlumat vermişdi. Şahidlərin sözlərinə görə, naməlum şəxslər polis əməkdaşlarına atəş açıblar.

Ölkənin Milli Təhlükəsizlik Komitəsi bildirib ki, cinayətkarlar təkcə polis idarələrinə deyil, milli təhlükəsizlik departamentlərinə də hücum ediblər. Atışmalar nəticəsində 3 polis əməkdaşı öldürülüb. Güc strukturlarının xeyli sayda əməkdaşı yaralanıb, onlardan 7-sinin vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib.

Daha sonra məlum olub ki, toqquşmada 4 nəfər ölüb. Onlardan biri cinayətkarı yaxalamaq istəyən xüsusi təyinatlıları daşıyan maşının sürücüsüdür. "Sürücü yaralanıb və vəfat edib", — deyə Qazaxıstanın Daxili İşlər Nazirliyi (DİN) bildirib.

İlkin informasiyalarda hücum edən şəxslərin 2 nəfər olduğu bildirilib. Onların hər ikisi silahlı olub. Alma-atanın terrorizmlə mübarizə üzrə operativ qərargahı xəbər verib ki, cinayətkarlardan biri yaxalanıb, digəri barədə axtarış elan edilib.

DİN-dən bildiriblər ki, saxlanılan şəxs ötən bazar günü şəhərdə bir qadının qətlində şübhəli bilinən şəxsdir. Terrorçunun şəxsiyyəti ilə bağlı başqa məlumatlar yoxdur. Qazaxıstan DİN iddia edib ki, yerli KİV şəhərdə baş verənlərlə bağlı öz xəbərləri ilə panika yaradıb. Jurnalistlərin məlumatına görə, Alma-Atadakı ticarət mərkəzlərindən birində cinayətkarlar bir neçə şəxsi girov götürüblər. Fövqəladə Hallar üzrə Departament bu barədə xəbərləri təkzib edib.

Hazırda Alma-Atada "qırmızı terror" davam edir. Güc strukturları sakinlərdən öz evlərini tərk etməməyi rica edib. Qazaxıstanın Müdafiə Nazirliyi isə bildirib ki, ordu gücləndirilmiş iş rejiminə keçib. Hərbçilər silah və hərbi sursatların qorunduğu yerləri xüsusi nəzarət altına aldıqlarını bildiriblər.

Alma-Atadakı silah mağazaları bağlanıb. Şəhər metrosunda təhlükəsizliklə bağlı xüsusi tədbirlər görülüb.

"Sərnişinlərin 100%-i yoxlanılır. Stansiyalarda daxili işlər orqanlarının bütün şəxsi heyəti növbə çəkir", — deyə Kazinform "Metropoliten"ə istinadla bildirib.

Xəbər lenti
0