Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyənin dövlət qurumlarında kütləvi təmizləmə

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnkara
Ankara - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir aparatının 257, Milli İstihbarat Təşkilatının 100, Dini İşlər İdarəsinin isə 492 əməkdaşı işdən qovulub

BAKI, 19 iyul — Sputnik. Türkiyə baş nazir aparatının paytaxt Ankaranın Villi Brandt küçəsində yerləşən əlavə iqamətgahında 257 əməkdaş işdən kənarlaşdırılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxslərin kimlikləri (şəxsiyyət vəsiqəsi) müsadirə edilib. Hazırda polis iqamətgahda təhqiqat aparır. Çoxu sayda sənəd müsadirə olunaraq araşdırma aparmaq üçün polis idarəsinə aparılıb.

Türkiyənin əsas kəşfiyyat qurumu — Milli İstihbarat Təşkilatının (MİT) 100 əməkdaşı da işdən uzaqlaşdırılıb. Hərbi çevriliş cəhdindən sonra dövlət idarələrində başlayan "təmizləmə" əməliyyatları çərçivəsində MİT daxilində 100 əməkdaşın fəaliyyətinə son qoyulub. Bu şəxslər təşkilatda passiv vəzifələrdə çalışırmış.

Bundan əalvə, hərbi çevriliş cəhdindən sonra dövlət orqanlarında başlayan kütləvi "təmizləmə"lər dini idarəni də əhatə edib. Türkiyə Nazirlər Kabineti (Başbakanlık) yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) 492 əməkdaşı işdən kənarlaşdırılıb. Onların "paralel dövlət" adlandırılan "Fətullahçı Terror Təşkilatı"na yaxın şəxslər olduğu bildirilir.

Xəbər lenti
0