BAKI, 19 iyul — Sputnik. Qətərin Azərbaycandakı yeni səfirinin adı məlum olub. Sputnik Report-a istinadən xəbər verir ki, yeni səfir zəngin karyeralı diplomat Yusuf Həsən əl-Saai (Yousuf Hassen Yousuf Al-Saai) olacaq.
Yusuf Həsən əl-Saai keçmiş səfir Səyyar bin Əbdülrəhman əl-Muavidi əvəzləyəcək. Qeyd edək ki, əvvəllər əl-Saai Qətərin Albaniyadakı səfiri vəzifəsində çalışıb.