Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Hərbi qiyam zamanı Prezidentin səlahiyyəti olmalıdır ki..."

© Photo : APAQüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qüdrət Həsənquliyev: "Biz BAXCP olaraq ölkədə parlamentli respublika tərəfdarı olsaq da, mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik"

BAKI, 19 iyul — Sputnik. "Dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur, Azərbaycanı, Ermənistanla danışıqlar uğursuzluğa səbəb olarsa, qanlı savaş gözləyir. Görünür iqtidar bu çağırışlara hazır olmaq və ölkədə davamlı sabitliyin təmin olunmasını prezidentlik institutunun gücləndirilməsində görür".

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan
Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə yaxın günlərdə baxacaq

Sputnik xəbər verir ki, bunu, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı təklifləri şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Mövcud dəyişikliklərin daha çox xarici faktorlardan qaynaqlandığını hesab edən deputat təklif də verib: "Türkiyədə yaşananlar onu göstərdi ki, hərbi qiyam zamanı Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır. Çünki həmin vaxt parlamentin iclasını çağırmaq mümkün olmaya bilər. Ona görə dəyişiklik edilərkən 95.16 və 109.28-cu maddələr Konstitusiyadan çıxarılmalıdır".

O bildirib ki, layihəyə əlavə təkliflərini də yaxın vaxtlarda açıqlayacaq: "Biz BAXCP olaraq ölkədə parlamentli respublika tərəfdarı olsaq da, mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik".

Xəbər lenti
0