SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilir

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşı 25-dən aşağı olmayan şəxslər prezident seçkilərində iştirak edə biləcəklər.

BAKI, 18 iyul-Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə sərəncam imzalayıb. 

Sputnik Azərtac-a istinadla xəbər verir ki, Təklif edilən dəyişikliklərdə bir neçə önəmli məsələ yer alıb.

Burada qeyd olunub ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.

58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilib: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.".

Burada göstərilib ki, Konstitusiyanın 85-ci maddəsinin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilsin.

Konstitusiyanın 100-cü maddəsindən "Yaşı otuz beşdən aşağı olmayan," sözləri çıxarılır.

101-ci maddənin I hissəsində "5" rəqəmi "7" rəqəmi ilə əvəz ediləcək. 

Yeni Konstitusiya Aktına Azərbaycan Respublikasının vitse-prezidentləri haqqında maddə salınıb. Bu maddəyə əsasən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. AR-nin vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

AR Prezidentinin səlahiyyətlərini AR-nin Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Prezidentin səlahiyyətlərini Baş nazir icra edəcək. 

Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmaz elan ediləcək.

Burada həmçinin göstəilir ki, Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Vitse-prezidentin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

126-cı maddənin I hissəsində "Yaşı 30-dan aşağı olmayan, seçkilərdə" sözləri "Seçkilərdə" sözü ilə əvəz ediləcək.

Xəbər lenti
0