BAKI, 18 iyul — Sputnik. Məxfi sənədləri və yazışmaları yaymaqla məşhurlaşan "WikiLeaks" beynəlxalq qeyri-kommersiya təşkilatı Türkiyədəki hərbi çevriliş hadisəsi ilə bağlı çoxlu sayda sənəd açıqlayacağını elan edib.
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, "WikiLeaks" bunu özünün rəsmi "Twitter" səhifəsində bildirib. "Türkiyə çevrilişi" etiketi ilə verilən açıqlamada "Türkiyənin siyasi güc iyerarxiyası" haqqında 100 mindən çox sənəd yayımlanacağı bildirilib.