Bakı şəhər mədəniyyət və turizm idarəsi yay aylarında əhalinin faydalı və maraqlı istirahətini təşkil etmək məqsədi ilə "Retro Bakı" layihəsinə start verib. Artıq bu layihə çərçivəsində hər həftənin sonunda açıq havada, daha dəqiq desək isə Fəvvarələr meydanında maraqlı konsertlər veriləcək.
"Retro Bakı" çərçivəsində keçirilən yay konsertləri silsiləsini bu istirahət günləri şanson ifaçısı Ceyhun Bakinski, Nabadi gürcü folklor ansamblı, Səma rəqs ansamblı və müğənni Anastasiya Budakva davam etdiriblər.
Növbəti konsertlər bu həftənin sonunda olacaq.