BAKI, 18 iyul — Sputnik. Ankarada məhkəmə binasının qarşısında atışma olub. Bu barədə Trend CNN telekanalına istinadən məlumat verir. Telekanalın məlumatına əsasən, atəş açan şəxs binanı mühafizə edən xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.
Məhkəmədə dövlət çevrilişinə cəhddə iştirak edən 26 generalın cinayət işi üzrə proses keçirilir. Hazırda xüsusi təyinatlılar məhkəmə binasının yerləşdiyi küçəni bağlayıblar və sürücülərin sənədlərini yoxlayırlar.
Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1400-dən artıq yaralı var.