BAKI, 18 iyul — Sputnik. Türkiyədə çevriliş cəhdinin baş verdiyi gecə ilə bağlı daha bir maraqlı məlumat üzə çıxıb. Sputnik Timeturk-ə istinadən, baş nazir Binəli Yıldırımla Əskişəhərdəki Hərbi Hava Qüvvələri komandiri arasındakı telefon danışığının detallarını əldə edib.
B. Yıldırım İstanbul və Ankaranı bombalayan qırıcıların dərhal vurulmasını əmr edib. Komandirin "bunun üçün yazılı əmr lazımdır" deməsinə qəzəblənən Baş nazir, yüksək səslə "Vur qardaşım! Səsimi qeyd et və vur" deyə bağırıb.
Bu əmr üzərinə, Əskişəhərdən havaya qalxan F-16-lar İstanbul və Ankaranı bombalayan qırıcıları zərərsizləşdirib.