BAKI, 18 iyul — Sputnik. Ermənistan polisinin rəisi Vladimir Qasparyan polis bölməsinə hücum edilən əraziyə gəlib.
İyulun 17-də İrəvanda bir qrup silahlı şəxs paytaxtın Erebuni rayonunda polis bölməsinivə daxili qoşunların binasını ələ keçirib. Baş verən silahlı insident zamanı 1 polis əməkdaşı (polkovnik Artur Vanoyan) öldürülüb, 3-ü isə yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır. Onların arasında Ermənistan polisi rəisinin 2 müavini də var.
Hücum edənlər “Təsis Parlamenti” hərəkatının əlaqələndiricisi Jirayr Səfilyanın həbsdən azad olunmasını tələb edirlər. Hökumət silahlı qrupla danışıqlar aparır.
Qeyd edək ki, Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.
Hazırda onlardan 50-si sərbəst buraxılıb.