Türkiyədə çevrilişə cəhddən sonra 2400-dən artıq hərbçi həbs edilib

Abunə olmaq
Saxlanılanlar arasında prezident Rəcəb Tayyib Ərdoğanın hərbi müşaviri də var.

BAKI, 17 iyul — Sputnik. Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 29 general, 2389 hərbçi və əsgər həbs edilib. Saxlanılanlar arasında prezident Rəcəb Tayyib Ərdoğanın hərbi müşaviri də var.

Sputnik-in xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalı məlumat verib.

Qiyamçılardan 8 nəfər hərbi helikopterlə Yunanıstana qaçıb.

Eyni zamanda Ankara Baş Prokurorluğu 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib. Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də var.  

Hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. Bu gün Türkiyənin hər yerində həyatını itirənlərin dəfn mərasimləri keçirilib.  

Xəbər lenti
0